Kubada 52 ildən sonra maşın alqı-satqısına icazə verildi
29 Sentyabr 2011 Cümə Axşamı 02:48
1959-cu ildən bu yana ada sakinləri ilk dəfə maşın ala və sata bilərlər.
Kuba hökuməti fərdi şəxslərə avtomobillərlə əlaqədar əqdlər bağlamağa icazə verib. 1959-cu ildən bu yana ada sakinləri ilk dəfə maşın ala və sata bilərlər. Söhbət avtomobil üzərində mülkiyyət hüququnun alış, satış və ya hədiyyə yolu ilə başqasına verilməsindən gedir. Sövdələşmə tərəfi kimi həm kubalılar, həm də Kubada daimi və ya müvəqqəti yaşayan əcnəbilər çıxış edə bilərdər.
İndiyədək avtomobil sahibi maşınını yalnız o vaxt sata bilərdi ki, həmin avtomobil 1959-cu ildən - Kuba inqilabının qələbəsindən əvvəl istehsal edilmiş olsun. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: