KTMT İrəvanda ilk atəşini açdı
03 May 2014 Şənbə 23:02
Şəhərin mərkəzində tarixi memarlıq abidəsi olan Açaryan adına məktəbin binası dağıdılıb.
İrəvanda yeni şəhərsalma qalmaqalı baş verib. Şəhərin mərkəzində tarixi memarlıq abidəsi olan Açaryan adına məktəbin binası dağıdılıb.
ANS PRESS-in məlumatına görə, məktəb binası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Akademiyasına verilib. Binanı sökən hərbçilər onun fasadını saxlamaqla yeni bina tikmək istəyiblər. Amma tarixi fasad bu həngamələrə dözməyərək uçub. Erməni mətbuatı bunu KTMT-nin İrəvanda açdığı ilk atəş kimi dəyərləndirib.
15 may 1992-ci il tarixdə yaradılmış KTMT-nin üzvləri Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Belarusdur.
DOSTLARINLA PAYLAŞ: