KTMT Əfqanıstandakı vəziyyəti dəyərlədirəcək
27 May 2013 Bazar Ertəsi 04:26
Bundan başqa tədbirdə terrorizmlə, ekstremizmlə və transsərhəd cinayətlə mübarizə məsələləri də müzakirə olunacaq.
Mayın 28-də Qırğızıstanın paytaxtı Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təhlükəsizlik şurasına üzv dövlətlərin başçılarının qeyri-formal görüşü keçiriləcək. Bu barədə ANS PRESS RİA Novosti agentliyinə istinadən məlumat verir. Görüş zamanı Əfqanıstandakı mövcud vəziyyətin inkişafını nəzərə alaraq sərhəd təhlükəsizliyi məsələsi, eyni zamanda terrorizmlə, ekstremizmlə və transsərhəd cinayətlə mübarizə məsələləri də müzakirə olunacaq.
Qeyd edək ki, bu ildən etibarən Qırğızıstan KTMT-yə sədrlik edir.
DOSTLARINLA PAYLAŞ: