Ksavyer 5 neferin ölümüne sebeb oldu
07 Dekabr 2013 Şənbə 12:39
Polşanın demir yolu ve hava neqliyyatında gecikmeler olub, elektrik enerjisinin verilmesinde fasileler yaranıb.
Polşada baş veren “Ksavyer” qasırğası 5 neferin ölümüne, 49 neferin yaralanmasına sebeb olub. ANS PRESS-in RİA-Novosti agentliyine istinaden verdiyi xebere göre, ölkenin demir yolu ve hava neqliyyatında gecikmeler olub, elektrik enerjisinin verilmesinde fasileler yaranıb.

Menbe yazır ki, qasırğa tekce Polşada deyil, hemçinin Avropanın şimal ölkelerinde, xüsusile İsveçde böyük fesadlar töredib. İsveçde bütün demir yolu neqliyyatı iflic olub, 30-dan çox binaya ciddi zerer deyib. Qasırğa Almaniyanın merkezi ve şimal rayonlarında teyyare ve qatar reyslerini de tamamile dayandırıb.

Meteoroloqların fikrince, bu qasırğa son on ilin en güclü qasırğasıdır. Xatırladaq ki, Avropada bu yaxınlarda “İuda” qasırğası da böyük fesadlar töretmişdi. Hemin vaxt Londonda esen güclü küleyin tesirinden qaldırıcı kran aşaraq baş nazirin işlediyi binaya deymişdi. Hitrou aeroportunda ise 150-den çox avia reysler texire salınmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar