Kriminal avtoritetlərin mübarizəsi qızışır
15 Oktyabr 2009 Cümə Axşamı 20:15
Rus və Gürcü kriminal avtoritetlərinin mübarizəsi qızışır. "Yaponçik"i "Xitrıy Lyonya" ləqəbli “qanuni oğru”nun əvəzləyəcəyi bildirilir
Kriminal aləmdə artıq slavyan qruplaşmalarının lideri olmuş "Yaponçik"in varisi haqqında danışılır. Söhbət "Xitrıy Lyonya" ləqəbli “qanuni oğru” Aleksey Petrovdan gedir. Rusiya KİV-i ölkənin xüsusi xidmət orqanlarına istinadən yaydığı məlumata görə, 47 yaşlı Aleksey Petrov üç dəfə məhkum olunub. Məhkumluq zamanı "Yaponçik" ona "qanuni oğru" adı verib.
Əməliyyatçıların məlumatına görə, ötən əsrin 90-cı illərin sonunda "Yaponçik" ABŞ-a gedəndə, Petrov da ölkəni tərk etmişdi. Orada o, Rusiya mafiyasının liderlərindən biri hesab edilirdi.
Petrov uzun müddət Rusiyada görünmədi. Lakin "Yaponçik"in qayıdışından sonra Moskvada tez-tez görünməyə başladı. Onlar tez-tez Moskvada görüşürdülər.
“Petrovun bu vəzifənin öhdəsindən necə gələcəyini demək çox çətindir. Axı o, hələ də vaxtının çoxunu xaricdə keçirir”, - deyə RF DİN-dəki mənbə qeyd edib.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: