Kriminal avtoritetlər Moskvaya toplaşır
10 Oktyabr 2009 Şənbə 15:30
Kriminal avtoritetlər "Yaponçik"in dəfnində iştirak edəcəklər.
“Yaponçik” ləqəbi ilə tanınmış kriminal avtoritet Vyaceslav İvankovun dəfnində bütün dünyanın kriminal avtoritetləri iştirak edəcəklər. Bu barədə “İnterfaks” agentliyinə Rusiya Daxili İşlər Nazirliyinin adı açıqlanmayan yüksək rütbəli əməkdaşı məlumat verib. Artıq Avropadan olan kriminal avtoritetlər "silah yoldaşlarına" qarşı son vəzifələrini yerinə yetirmək üçün Rusiyaya gəlməyə başlayıblar. Mənbənin sözlərinə görə, "Yaponçik" son 15 ildə Rusiyanın kriminal dairələrində öldürülən ən məşhur şəxslərdəndir. Son dəfə bu səviyyədə avtoritetin qətlə yetirilməsi 1994-cü ildə qeydə alınmışdı. O zaman Moskvada Otari Kvantrişvali öldürülmüşdü.

"Yaponçik"ə yaxın mənbələrdən verilən məlumata görə, o, anasının basdırıldığı Vaqankovsk qəbiristanlığında dəfn ediləcək. Orada həmçinin 15 il əvvəl öldürülən Otari Kvantrişvilinin də qəbri var. Hələlik dəfn mərasiminin vaxtı bəlli deyil.

Xatırladaq ki, 69 yaşlı V. İvankov bu ilin iyul ayının 28-də güllələnmişdi. O, uzun müddət Moskvadakı xəstəxanalardan birində müalicə edilsə də oktyabrın 9-da dünyasını dəyişib. Adətən xaricdə yaşayan Yaponçik sui-qəsddən bir neçə gün öncə Moskvaya iki qruplaşma arasındakı münaqişəni həll etmək üçün gəlibmiş. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar