Kriminal avtoritet tutulub
16 Dekabr 2009 Çərşənbə 20:00
"Belyay" ləqəbli şəxs oğurluqda ittiham olunur
Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi federal dairə üzrə Baş İdarəsinin əməkdaşları Vladimir vilayətinin Daxili İşlər İdarəsi nümayəndələrilə birgə Moskvada fırıldaqçılıqla məşğul olan kriminal avtoriteti yaxalayıb. O, Moskvanın cənub-şərqindəki Volqoqrad prospektində yerləşən mənzildə ələ keçib.
“Vladimir vilayətinin Petuşin rayonunda kriminal fəaliyyətə nəzarət edən və fırıldaqçılıqda şübhəli bilinən şəxs yaxalanıb”, - deyə Rusiya DİN-dən bildiriblər.
Saxlanılan 36 yaşlı Qazaxıstan mənşəli “qanuni oğru” kriminal aləmdə “Belyay” ləqəbi ilə tanınır.
“O, artıq iki dəfə məhkum edilib. Ümumilikdə isə 8 il həbsxana həyatı yaşayıb”, - deyə DİN-in məlumatında bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: