Krımda Ukrayna dili rəsmi dil stusundan məhrum ediləcək
10 Mart 2014 Bazar Ertəsi 18:45
Bu sözləri Ukraynanın müvəqqəti hökuməti tərəfindən qeyri-legtim elan edilən Krım baş naziri deyib.
Ukryana ətrafında gedən siyasi qalmaqal hər ötən gün daha da dərinləşir.

Rusiyanın Krıma münasibətinin fonunda Amerika Birləşmiş Ştatları rəsmi Maskvaya təziqlərini davam etdirməkdədir. Obama administrasiyasının açıqlamasında deyilir ki, iki gün sonra Ukraynanın baş naziri Arseni Yatsenyuku qəbul edəcəklər. Görüş zamanı Barak Obama böhran anlarında mərdlik və dəyanət nümayiş etdirən Ukrayna xalqına qəti dəstəyini ifadə edəcək. Ağ Evin bəyanatında belə deyilir. Rusiyada sığınacaq tapan Ukraynanın ölkədən qaçan prezidenti Viktor Yanukoviç isə yenidən mediya qarşısına çıxmağa hazırlaşır. Yanukoviçin sabah Rostovda yeni açıqlamalar edəcəyi xəbər verlir.

Amerika Birləşmiş Ştatlarına məxsus hərbi gəmilərin Qara dənizə daxil olması ilə əlaqədar olaraq Rusiya Sevastopola gəmi əleyhinə raket kompleksləri yerləşdirib.

Rus əsgərləri Simferopol ətrafında da cəmlənib. Ərazidə hərbi çadırlar qurulub. Eyni zamanda əsgərlər müdafiə olunmaq üçün səngərlər də qazmağa başalyıb. Rus ordusunun Krımdakı əsgərlərinin sayının 20 mini ötdüyü deyilir. Hərbçilərin, xüsuilə Krımın dağlıq ərazilərində cəmləşdyi bildirlir.

Krım Tatar Məcslisinin rəhbəri Refat Çubarov isə Türkiyəni sakit durmamağa, Avropa Birlyi ölkələri ilə birlkidə BMT-ni hərəkətə keçməyə çağırıb.

Ukraynanın müvəqqəti hökuməti tərəfindən qeyri-legtim elan edilən Krım baş naziri isə bəyan edib ki, Krımda rəsmi dil rus və tatar dili olacaq. Onun sözlərinə görə Krımda yaşayan ukraynalılara öz dillərini inkişaf etdrimək imkanı verilsə də , ukrayna dili rəsmi dil stusundan məhrum ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar