Krımda seçicilərin 80 faizdən çoxu referendumda iştirak edib
17 Mart 2014 Bazar Ertəsi 01:03
Bu barədə Krımın Referendumun keçirilməsi üzrə komissiyasının rəhbəri Mixail Malışev bildirib.
Yerli vaxtla saat 20:00-a (Bakı vaxtı ilə 22:00) olan vəziyyətə görə, Krım Muxtar Respublikasında keçirilən referendumda seçicilərin 81,36 faizi (Sevastopolda 89,51 faiz) iştirak edib. Bu barədə Krımın Referendumun keçirilməsi üzrə komissiyasının rəhbəri Mixail Malışev bildirib.
Onun sözlərinə görə, muxtar respublika üzrə göstərici 1 250 427 nəfərdir: "Sevastopol üzrə isə referendumda 274 136 nəfər seçici iştirak edib. Ümumilikdə isə referemdumda Krım Muxtar Respublikası üzrə 1 524 563 seçici iştirak edib ki, bu da seçicilərin 82,71 faizi deməkdir".
Qeyd edək ki, martın 16-da Krımda muxtar respublikanın statusu üzrə referendum keçirilib. "Exit-poll"un nəticələrinə əsasən, referendumunda iştirak edən seçicilərin 93 faizi Krımın Rusiya ilə birləşməsinin lehinə səs veriblər. Seçicilərin 7 faizi isə Krımın Ukraynanın tərkibində qalmasını istəyir.
DOSTLARINLA PAYLAŞ: