Krımda rus əsgərləri ilk dəfə müsahibə verdi
05 Mart 2014 Çərşənbə 00:04
Rus əsgəri: Biz ona görə burdayıq ki, Ukraynada heç bir terror hadisəsi olmasın.
Rusiya silahlı qüvvələrinin əsgərləri Ukraynada, konkret Kerçdə ələ keçirdiyi hərbi hissənin qabağında ukraynalı jurnalistlərin suallarını cavablandırıb.

- "Siz hansı ordunun əsgərlərisiz" sualına rus əsgəri "Özünüz tapın" cavabını verib. Ukraynalı jurnalist isə yenidən sualı təkrar edərək, ondan dəqiq cavab istəyib. Rus əsgəri isə ona sualla cavab verib: "Siz haradan gəlmisiniz?".

Qarşı tərəf isə "Biz ukraynalı jurnalistlərik!" deyərək, əvvəl verdikləri suala cavab istəyiblər.

- Biz Rusiyadanıq.
- Rusiya əsgərləri Ukrayna ərazisində nə edirlər?
- Biz ona görə burdayıq ki, Ukraynada heç bir terror hadisəsi olmasın.

- Sizə kimsə bu haqda informasiya verib ki, burda terror olacaq?.
- Yox. Sizin burda çəkiliş aparmaq hüququnuz yoxdur.

- Biz müstəqil ölkənin azad jurnalistiyik. Ona görə də ölkənin istənilən yerində çəkiliş aparmaq hüququmuz var.

- Bizə sizə cavab verməyə icazə vermirlər.

- Onda deyin görək, burda neynirsiz? Bura neçə silah və əsgərlə gəlmisiniz?

- Mən sizə yenə deyirəm ki, burda çəkilş aparmaq olmaz. Yaxınlaşırsız, qəribə-qəribə suallar verirsiniz.

- Sizin paltarlanızda nəyə görə, heç bir nişan yoxdur. Hansı ölkənin əsgərlərisiz. Rusiyanın yoxsa Ukraynanın?
- Rusiyanın.

- Onda Ukraynanın ərazisində neynirsiz? Heç olmasa buna cavab verə bilərsinizmi?

Rus əsgər bu suala cavab verməyərək, arxasını jurnalistlərə çevirib...



DOSTLARINLA PAYLAŞ:

oyunlar