Krımda mer güllələndi
26 Fevral 2013 Çərşənbə Axşamı 15:59
Kirill Kostenko yerindəcə keçinib.
Bu gün səhər saatlarında Krımın Simeiza şəhər tipli qəsəbəsinin meri Kirill Kostenko güllələnib. Bu barədə Krım Daxili İşlər Nazirliyindən məlumat veriblər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, onun cəsədi evinin yaxınlığında tapılıb.
Qeyri-rəsmi məlumata görə, Kostenko maşında olarkən yaxınl məsafədən açılan atəş nəticəsində dünyasını dəyişdiyi bildirilir. Merə 4 güllə vurulub.
Verilən məlumata görə, Simeiza meri 2011-ci ilin iyulun 28-də deputat Timur Şemşedinov ilə birlikdə 400 min qrivn məbləğində rüşvət almaqda təqsirkar bilinərək saxlanılıb. Həmin ilin avqustun 11-də isə Krım prokurorluğu Kostenkonu azadlığa buraxıb.
DOSTLARINLA PAYLAŞ: