Krımda keçirilən referendumun ilkin nəticələri açıqlandı
16 Mart 2014 Bazar 23:04
Seçicilərin 93 faizi Krımın Rusiya ilə birləşməsinin lehinə səs verdiyi halda, 7 faizi Krımın Ukraynanın tərkibində qalmasını istəyib.
Krımda keçirilən referendumun ilkin nəticələri açıqlanıb. ANS PRESS-in məlumatına görə, referendumda iştirak edənlərin sayı az olsada, seçicilərin 93 faizi Krımın Rusiya ilə birləşməsinin lehinə səs veriblər.
Rusiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, səsvermədə iştirak edənlərin yalnız 7 faizi Krımın Ukraynanın tərkibində qalmasını istəyib.
Rusiya tərəfi referendumda ciddi insidentin baş vermədiyini bildirir.
Qeyd edək ki, ABŞ başda olmaqla Qərb ölkələri referendumun nəticələrini tanımayacaqlarını bəyan ediblər.
DOSTLARINLA PAYLAŞ: