Krımda hərbi komissarlıq ələ keçirildi
08 Mart 2014 Şənbə 14:29
Krım Tibb Mərkəzinin rəisi silahlı şəxslərin Krım özünümüdafiə qüvvələrinə mənsub olduqlarını bildirib.
Bu gün səhər saatlarında Simferopol şəkərindəki respublika hərbi komissarlığın binası ələ keçirilib. ANS PRESS-in məlumatına görə, komissarlıq binası 100 nəfər Krım özünümüdafiə qüvvələri tərəfindən ələ keçirilib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Krım Tibb Mərkəzinin rəisi Vladislav Seleznyov öz Facebook səhifəsində yazıb. "Binaya axil olan şəxslər zitrehli geyimdə idilər. Qrupu istefada olan general Kuznetsov başçılıq edirdi. Hər mərtəbəyə avtomatlı əsgərlər qoyuılub. Onlar bura 3 avtobusla gəliblər", - deyə V. Seleznyov yazıb.
Qeyd edək ki, bunadsək yayılan məlumatlarda rus hərbçiləri Ukraynada "Şelkino" sərhəd məntəqəsini ələ keçirdikləri bildirilirdi.
DOSTLARINLA PAYLAŞ: