Krımda girovlar sərbəst buraxılıb
20 Mart 2014 Cümə Axşamı 14:59
Sergey Qayduk daha yeddi nəfərlə azadlığa çıxıb.
Krımdakı Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Sergey Qayduk sərbəst buraxılıb. ANS PRESS-in məlumatına görə, onunla yanaşı saxlanılan daha yeddi nəfər də sərbəst buraxılıb. Bu barədə Ali Radanın deputatı Andrey Sençenko İTAR-TASS- müsahibəsində deyib: "Girovları azad etdilər".
Qeyd edək ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanın Sevastopolda prokurorluq işçiləri tərəfindən saxlanılmışdı. Onu Kiyevin əmri şəxsi heyəti dinc sakinlərə atəş açmaq haqda göstəriş verməkdə ittiham edirdilər.
Rusiya Federasiyası müafiə naziri, ordu generalı Sergey Şoyqu Krımın yeni rəhbərliyinə müraciət edərək girovların sərbəct buraxılmasını istəmişdi. Şoyqu komandanın Krımdan getməsinə şərait yaradılmasını tapşırıb.
DOSTLARINLA PAYLAŞ: