Krımda gərginlik, Rusiya kazakları təziqlərə başladı
16 Mart 2014 Bazar 12:28
Rusiya kazakları Ukrayna hərbçilərini referenduma getməyə məcbur edirlər.
ANS PRESS-in məlumatına görə bu barədə, Krımdakı Ukraynanın Müdafiə Nazirliyinin media-mərkəzinin rəhbəri Vladislav Seleznyov "Ukraynskaya Pravda" qəzetinə açıqlama verib.
Nəşrin yaydığı məlumatda qeyd olunub ki, Rusiya kazakları dəniz kənarındakı dövlət elmi-tətqiqat mərkəzinin əməkdaşlarını işə buraxmırlar. Seleznyov nəşrə bildirilib ki, Rusiya hərbçiləri işçilərə əvvəlcə səs verməyə getməyin lazım olduğunu deyirlər:
"Bu gün Primorskdakı hərbi hissənin Rusiya Müdafiə Nazirliyinə məxsus kazaklar qrupu dövlət elmi-tətqiqat mərkəzinin işçilərini işə buraxmırlar.Onlar bunu işçilərin səs verməyə getmələrinin vacibliyi ilə əsaslandırırlar".
DOSTLARINLA PAYLAŞ: