Krıma görə dünyada ərzaq məhsulları bahalaşdı
04 Aprel 2014 Cümə 00:18
Dünya bazarlarında şəkərin qiyməti 7,9%, buğdanın qiyməti isə 5,2% bahalaşıb.
"Ötən ay dünya bazarlarında ərzaq məhsullarının qiyməti 2,3% bahalaşıb. Bu, 2013-cü ilin may ayı ilə müqayisədə çox yüksək göstəricidir”.

ANS PRESS-in məlumatına görə, bu BMT-nin açıqlamasında bildirilir.

BMT-nin açıqlamasına görə, ABŞ və Braziliyada əlverişsiz hava şəraiti və son aylarda Qara dəniz regionunda baş verən geosiyasi gərginlik dünya bazarlarında ərzaq məhsullarının qiymətinin bahalaşmasına səbəb olub.

“Ukrayna münaqişəsi ərzaq məhsullarının qiymətinə təsirsiz ötüşməyib. Belə ki, münaqişənin baş verməsi Ukraynadan ixrac olunan buğdanın həcminin azalmasına səbəb olub. Bu isə öz növbəsində qiymətlərə böyük təsir edib. Ən çox şəkərin qiyməti 7,9%, buğdanın isə 5,2% bahalaşıb”, - deyə açıqlamada deyilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar