Krım tatarlarının liderini Krıma buraxmırlar
22 Mart 2014 Şənbə 21:16
Bunu Krım-Tatar Məclisinin keçmiş rəhbəri Mustafa Cəmilov Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.
Ali Radanın deputatı, Krım-Tatar Məclisinin keçmiş rəhbəri Mustafa Cəmilov Krıma buraxılmır.
ANS PRESS-in verdiyi məlumata görə, bu barədə o, özü martın 22-də Kiyevdə keçirdiyi mətbuat konfransında məlumat verib.
Mustafa Cəmilov Rusiya hərbçilərinin onu vətəninə, Krıma buraxmadıqlarını bildirib.
Krım-Tatar Məclisinin indiki rəhbəri Refat Çubarov Krıma Çeçen dəstələrinin gətirilməsi barədə məlumatları təsdiqləyib.
Çubarov müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Çeçenistan prezidenti Ramzan Kadırovu Krıma məxfi kurator qoymasını də istisna etməyib.
Çubarov deyib ki, Rusiya Krım tatarlarının etirazlarının qarşısını almaq üçün bütün mexanizmlərdən istifadə edir.
DOSTLARINLA PAYLAŞ: