Krım tatarları muxtariyyət elan etdilər
29 Mart 2014 Şənbə 21:58
Krım tatarlarının Bağçasaray şəhərində qurultayı keçirilib.
Krım tatarlarının Bağçasaray şəhərində keçirilmiş qurultayında milli ərazi muxtariyyətinin yaradılması elan edilib.
ANS PRESS-in məlumatına görə, bu barədə Krım Tatar Məclisinin sədri Refat Çubarov jurnalistlərə bildirib ki, sənəd Krımın ilhaqını tanımır və yarımadanı Ukrayna ərazisi sayır. Çubarov ehtimal edib ki, Krım tatarları da milli referendum keçirib öz muxtariyyətlərini elan edə bilərlər.
Qurultay həmçinin məclisə beynəlxalq təşkilatlarla (BMT, ATƏT və s.), həmçinin ölkə hökumətləri ilə əlaqələr qurmağı tapşırıb. Qurultay həmin təşkilatları Krım tatar xalqının öz müqəddəratını təyin etmək huququnu tanımağa çağırıb. Refat Çubarov bəyan edib ki, Ukrayna parlamentinin bu qərara cavab verəcəyinə ümid edir.
Qurultayda məclisin bütün üzvləri, Krım müftisi Əmiralı Ablayev, Tatarstan Respublikasının prezidenti Rüstəm Minnixanov, Rusiya müftilər şurasının sədri i Ravil Qaynutdin iştirak edib.
Krımın yeni parlamentinin vitse-spikeri Qriqori İoffe bildirib ki, yeni Krım konstitusiyasında yəqin ki, Krım tatarlar üçün kvota olmayacaq. Daha əvvəl isə Krım hakimiyyəti Krım tatarlarına hakimiyyət orqanlarında 20%-lik təmsil olunma kvotası söz vermişdilər.
DOSTLARINLA PAYLAŞ: