Krım Rusiyaya daxil olmaq üçün sazişə qol çəkdi
18 Mart 2014 Çərşənbə Axşamı 16:19
Rusiya və Krım Muxtar Respublikanın və Sevastopol şəhərinin Rusiya Federasiyasının (RF) tərkibinə daxil olması barədə saziş imzalayıblar.
ANS PRESS-in məlumatına görə, sazişə Rusiya prezidenti Vladimir Putin və Krım Ali Sovetinin başçısı Vladimir Konstantinov, respublikanın baş naziri Sergey Aksenov və Sevastopol şəhər sovetinin sədri Aleksey Çalıy qol çəkiblər.
Mərasimdən sonra Rusiya Federasiyasının himni səslənib.
DOSTLARINLA PAYLAŞ: