Krım parlamentinin üzərində Rusiya bayrağı qaldırılıb
26 Fevral 2014 Çərşənbə 00:30
Nümayişçilər Ukrayna mərkəzi hakimiyyətindən müstəqilliyi təmin edən qərar qəbul etməyi tələb edirlər.
Ukraynanın yeni hakimiyyətinə qarşı mitinq keçirən Krım sakinləri Krım Ali Sovetinin üzərində Rusiya Federasiyasının bayrağını qaldırıblar.

ANS PRESS-in məlumatına görə, bu barədə jurnalist Oleq Kryuçkov öz “Facebook” səhifəsində bildirib və fotosunu yayıb. Rusiya bayrağı ”Krım Muxtar Respublikasının Yuxarı Radası” sözlərinin üzərinə taxılıb.

Bu gün Krımda 500-ə yaxın sakin Krım Muxtar Respublikasının Yuxarı Radasının binası qarşısında etiraz aksiyası keçirirlər. Onlar Ukrayna mərkəzi hakimiyyətindən müstəqilliyi təmin edən qərar qəbul etməyi tələb edirlər.

İnsanların qarşısına Yuxarı Radanın sədri Vladimir Konstantinov çıxıb və bildirib ki, o, Krımı tərk etmək niyyətində deyil: ”Bu gün Kiyev bizim problemləri həll etmək istəmir. Biz birləşməliyik və qərarlı olmalıyıq. Muxtariyyətin və krımlıların qüvvəsi yetərincədir. Krımda neonasizm keçməz. Biz Krımı satmayacağıq”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar