Krım məsələsinə görə, Apple də zərər gördü
01 Aprel 2014 Çərşənbə Axşamı 03:48
Rusiyanın rəsmi dövlət qurumlarında istifadə olunan “iPad”lər “Samsung” planşetləri ilə əvəzlənməyə başlayıb.
“Apple” şirkəti ABŞ ilə Rusiya arasında davam edən soyuq müharibənin qurbanına çevrilə bilər.

ANS PRESS-in xəbərinə görə, Krımın Rusiyaya ilhaq etməsi ilə ABŞ bu ölkəyə sanksiyalar tətbiq etməyə başlamışdı.

Bundan sonra Rusiya da ABŞ-a qarşı əks həmləyə keçdi.

Məlumata görə, Rusiyanın rəsmi dövlət qurumlarında istifadə olunan “iPad”lər “Samsung” planşetləri ilə əvəzlənməyə başlayıb.

Rusiyalı rəsmilər “iPad”lərin ABŞ adına cəsusluq edən cihazlar olduğunu iddia ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar