Kremlin planlarına Avropadan ağır zərbə
27 Oktyabr 2011 Cümə Axşamı 17:28
Ukraynanın Avropa İttifaqına qəbulu üçün qapılar açılır.
Avropa Parlamenti Ukraynaya Avropa İttifaqına üzvlüklə bağlı imkanların yaradılmasını vacib sayır. ANS PRESS-in “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu haqda Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında qəbul onunan qətnamədə bildirilir.

“Avropa Parlamenti hesab edir ki, Ukrayna ilə Avropa İttifaqı arasında münasibətlərin dərinləşməsi və Ukraynanın Avropa İttifaqına üzv olmasına imkanların yaradılması faktı bir daha göstərir ki, bu, hər iki tərəfin marağındadır”, - deyə sənəddə vurğulanır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar