Kremldən Lukaşenkoya gözlənilməz jest
20 Yanvar 2011 Cümə Axşamı 20:50
Vladimir Putin Belarusa dövlət yardımının göstərilməsinin mümkünlüyünə işarə edib.
Rusiya Belarusa qaz nəqlini qüvvədə olan müqavilənin qiymətlərinə əsasən həyata keçirəcək. Bununla yanaşı Moskva lazım olarsa, maddi yardım təqdim etməyin mexanizmlərini də nəzərdən keçirməyə hazırdır. Bunu Rusiyanın baş naziri Vladimir Putin Belarusun yeni hökumət başçısı Mixail Myasnikoviçlə keçirdiyi mətbuat konfransında bildirib.
“Rusiya tərəfi bir daha bildirir ki, qaz nəqlini qüvvədə olan müqaviləyə əsasən həyata keçirməyə davam edəcək. Belarusun büdcəsi və təsərrüfat subyektlərinin qazın nəqli ilə bağlı sıxıntı keçirməməsi üçün lazım gələrsə, dövlət yardımı da təqdim etməyə hazırıq”,-deyə Rusiya hökumət başçısı vurğulayıb.
Qeyd edək ki, “Qazprom” və “Beltransqaz” arasında imzalanan müqavilənin vaxtı bu ilin sonu bitir. Bununla belə, yanvarın 1-dən etibarən şirkət Minskə nəql etdiyi qazın qiyməti 13-18% bahalaşmasını istəyir.
Vladimir Putin konfrans zamanı artıq 2012-ci ildə nəql ediləcək qazın qiyməti haqda danışıqlara başlamağa hazır olduğunu söyləyib. Öz növbəsində onun belarsulu həmkarı bildirib ki, tərəflər praktiki olaraq 2015-ci ilə kimi qazın qiymətinin formulunu müəyyənləşdirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: