II Yelizaveta krallığın tarixində ilk dəfə metroya enən qadın monarx olub.
Böyük Britaniya krallığının sahibəsi, kraliça II Yelizaveta Krallığın tarixində ilk dəfə metroya enən qadın monarx olub. Onu London metrosunda gəzinti zamanı həyat yoldaşı Fillip, şahzadə Uilyamın xanımı Keyt Midelton müşayiət edib.
Britaniya taxtına yeni varis dünyaya gətirməyə hazırlaşan Keytə metro işçiləri üzərində uşaq şəkili olan nişan hədiyyə ediblər. Kraliçanın metro gəzintisi isə maraqlı görüntülərlə yadda qalıb.