Kraliça ictimaiyyət arasına çıxdı
13 Mart 2013 Çərşənbə 08:22
Britaniya kraliçası II Yelizaveta xəstəxanadan çıxdıqdan sonra ilk dəfə ictimai tədbirə qatılıb.
Böyük Britaniya kraliçası II Yelizabeta xəstəxanadan buraxıldıqdan sonra ilk dəfə ictimaiyyət arasına çıxıb. 86 yaşlı kraliça Bukinqem sarayında İttifaq ölkələri günü münasibətilə verilən rəsmi nahara qatılıb.

Bir müddət əvvəl mədəsində narahatlıqla əlaqədar xəstəxanaya yerləşdirilən kraliçanın çox yaxşı görünməsi diqqət çəkib.

Qeyd edək ki, Britaniya kraliçası xəstəliyi ilə əlaqədar ötən həftə Romaya səfəri də daxil olmaqla, bütün tədbirlərini təxirə salmalı olmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar