Kral taxtdan imtina edib
04 İyul 2013 Cümə Axşamı 08:55
Monarx bu qərarı yaşı və səhhəti ilə əlaqələndirib.
Belçikada kral Albert oğlunun xeyrinə taxtdan imtina edib. Yetmiş doqquz yaşlı Albert, taxtı 53 yaşlı oğlu Şahzadə Filipə təhvil verəcək. Kralın taxtdan könüllü getməsi özünün dediyi kimi yaşı və səhhəti ilə əlaqədardır. Təhvil-təslim iyulun 21-ə təyin olunub. Kral Albertin belə bir addım atacağı ə gözlənilməz olmayıb, belə ki, artıq bir neçə həftə cəmiyyətdə bu barədə şayələr dolanıb. “20 illik hakimiyyətdən sonra, məşəli gələcək nəslə ötürməyin vaxtı çatıb” deyə kral bu addımı şərh edib. Kral, şahzadə Filipin hakimiyyəti qəbul etməyə hazır olduğunu bildirib. Qeyd edək ki, Belçikanın dövlətçilik tarixində , 1830-cu ildən bəri 6 kral hakimiyyətdə olub. Albert Belçikada hakimiyyətdən könüllü imtina edən ilk monarx kimi tarixə düşüb. Taxtda qalacağı təqdirdə Albert 10 milyonluq əhalisi olan Belçika Krallığında, hakimiyyətinin 20-ci ildönümünü qeyd edəcəkdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar