Britaniya şahzadəsi Uilyamın arvadı, Kembriç hersoqinyası Keyt Middlton hamilədir. “BBC”-nin məlumatına görə, Hersoqinyanın hamilə qalması “St. James” sarayında böyük sevinclə qarşılanıb. Saraydan verilən məlumata görə, Middlton ürək bulantıları səbəbilə “King Edward VII” xəstəxanasına çatdırılıb. Hersoqinyanın müalicə üçün bir neçə gün xəstəxanada qalacağı bildirilir.
Dünyaya gələcək körpənin taxtın 3-cü varisi, habelə gələcəkdə silahlı qüvvələrin və Anqlikan kilsəsinin lideri olacağı bildirilir.
Xatırladaq ki, Kornuol (Cornwall) Hersoqinyası, Middltonun qaynanası Kamilla Amerikanın “In Touch Weekly” jurnalına verdiyi müsahibədə Keytin sonsuz olduğunu iddia etmişdi.
Yeni xəbər səbəbilə kral ailəsini öz “Twitter” səhifəsində təbrik edən İngiltərənin baş naziri Devid Kameron cütlük barəsində, “Çox yaxşı valideyn olacaqlar” – yazıb.