30 mindən çox gənc qız krala özlərini bəyəndirmək üçün yarışdı.
Svazilenddə 45 yaşlı kral Msvati 15-ci arvadına qovuşub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 30 mindən çox bakirə gənc qız kral üçün rəqs etmək növbəsinə dayanıb.
Qızların arasından kral 18 yaşlı gənc bir qızı seçib. Sindişa Dlamini “Reed Dans Festivalın”da özünü krala bəyəndirmək üçün yarı çılpaq halda rəqs edib. Sindişa bu il keçirilən gözəllik müsabiqəsində finala qaatılıb.
Xatırladaq ki, kralın 14 həyat yolaşından 24 övladı var.