Kot Divuarda iki prezidentinin qüvvələri arasında atışmalar davam edir
10 Aprel 2011 Bazar 10:59
Diplomatik nümayəndəliklər isə evakuasiya edilir.
Kot Divuarın hazırki prezidenti Loran Qbaqbonun qüvvələri son seçkinin qalibi və dünya ictimaiyyətinin dövlət başçısı kimi rəsmən tanıdığı Alassan Uattarının qərargahına hücum edib. Abican şəhərində Alassan Uattarının qərargahının yerləşdiyi Qolf oteli müxtəlif istiqamətlərdən atəşə tutulub.
Dövlət televiziyasının yayımının ötən gün bərpa edilməsi isə binanın yenidən Loran Qbaqbo tərəfdarlarının nəzarətinə keçdiyi deməkdir. Abican şəhərinin müxtəlif hissələrində iki prezidentinin tərəfdarları arasında güclü atışmalar davam edir.
Abicanda Böyük Britaniyanın səfirliyi də evakuasiya olunub. Qeyd edək ki, ötən gün Yaponiyanın səfirliyinə hücumdan sonra diplomatik nümayəndəlik təcili evakuasiya edilmişdi. Hindistan, İsrail və Livan nümayəndələri də Amerika Birləşmiş Ştatları və Fransaya dipolmatik missiyaların əməkdaşlarının Kot Divuardan çıxarılması xahişi ilə müraciət edib.
Xatırladaq ki, Kot -Divuarda münaqişə ötən ilin noyabrında keçirilən prezident seçkisindən sonra başlayıb. Prezidentliyə hər iki namizəd- Loran Qbaqbo və Alassan Uattara özünü seçilmiş prezident elan edib. Loran Qbaqbo BMT-nin nəzarəti altında səslərin yenidən sayılmasını təklif etsə də, Fransa, ABŞ və bir sıra digər dövlətlər Alassan Uattaranı rəsmən prezident kimi tanıyıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: