Latın Amerikası ölkəsi olan Kosto Rika xoşbəxt insanların ölkəsi semilib. İngilis təşkilatı olan «The New Economics Fondation» tərəfindən 143 ölkə arasında aparılan araşdırma Latın Amerikası ölkələrinin xoşbəxtlik sıralamasında öndə olduğunu ortaya çıxarıb.
ANS PRESS-in «Haberler.com»a istinadən verdiyi xəbərə görə, araşdırmada əsasən vətəndaşların özlərini nə dərəcədə xoşbəxt hiss etməsinə, orta ömür göstəricisinə və ətrafın mühitin qorunmasına olan diqqətə ayrılıb. Araşdırmaya görə, kosta rikalılarin 85 faizi bu ölkədə yaşamaqdan məmnun olduğunu bildirib. Beləliklə, Kosto Rikanın «ətrafla uyğun insanların ən çox xoşbəxtlik hiss etdiyi ölkə" olduğu bildirilib.
Araşdırmada ikinci yerdə Dominik, üçüncü yerdə isə Avstraliya qərarlaşıb. Siyahıda ilk on sıranın 9-nu Latın Amerikası ölkələri tutub. Dünyanın ən böyük super gücü olan ABŞ isə 114-cü sırada yer tuta bilib. 2006-cı ildə aparılan araşdırmada isə Pasifik adası Vanuatu "Ən xoşbəxt ölkə" statusu almışdı. /ANS PRESS/