Kosovonu daha bir ölkə tanıdı
04 Fevral 2011 Cümə 21:30
Oman sultanı bu ölkəyə hər cür yardım etməyə hazır olduğunu bəyan edib
Oman Kosovo Respublikasının müstəqiliyini tanıyıb. Bu barədə Kosovonın Xarici İşlər Nazirliyi məlumat yayıb. Qərarla bağlı müvafiq sənəd Kosovonun Londondakı səfirliyinə təqdim edilib. Sənəddə deyilir ki, Oman Kosovoya beynəlxalq təşkilatlara inteqrasiya etməkdə yardım göstərməyə hazırdır.
Qeyd edək ki, Oman Kosovonun müstəqilliyini tanıyan 75-ci və 2010-cu ilin dekabr ayında İsveçrə parlamentinin deputatı Dik Martinin qalmaqallı məruzəsindən sonra Qvineya-Bisau və Qətərdən sonra üçünücü ölkə hesab edilir.
Belə ki, isveçrəli parlamentarinin məruzəsinə əsasən, Kosovo hökumət başçısı Haşim Taçi 1990-cı illərin sonlarında sifarişli qətllər, insan oğurluğu və insan orqanlarının satışı ilə məşğul olan cinayətkar təşkilata rəhbərlik edib. Öz növbəsində H. Taçi ona qarşı irəli sürülən ittihamları təkzib edib.
DOSTLARINLA PAYLAŞ: