Kosovoda naməlum insan meyitləri aşkar edilib
14 İyul 2009 Çərşənbə Axşamı 16:55
Insanların 1998-1999-cu illərdə baş verən silahlı münaqişə zamanı qətlə yetirildiyi güman olunur

 

Kosovo vilayətinin şərq hissəsində milliyyəti müəyyən olunmayan naməlum insan meyitləri tapılıb. ANS PRESS-in “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı Avropa İttifaqının Kosovodakı missiyasının (EULEX) mətbuat xidmətindən məlumat verilib.

Araşdırma nəticəsində sıralarında dörd uşağın olduğu 11 nəfərdən çox insanın cəsədi tapılıb. Güman olunur ki, insanlar 1998-1999-cu illərdə baş verən silahlı münaqişə zamanı qətlə yetirilib.

EULEX -in bir sıra bölmələri və Kosovo polisi əməkdaşları tərəfindən aparılan eksqumasiya üzrə əməliyyatlar üç gün davam edib.

Meyitlər Qnilyan şəhərinin beş kilometr şimal-çərqində aşkar edilib.

Xatırladaq ki, 1990-cı illərdə baş verən münaqişə zamanı1950 nəfər itgin düşüb./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar