Kosovo parlamenti buraxıldı
03 Noyabr 2010 Çərşənbə 02:35
Kosovoda dekabrın 12-də növbədənkənar parlament seçkiləri keçiriləcək.
Kosovo prezidentinin səlahiyyətlərini icra edən Yaqub Krasniçi ötən axşam parlamenti buraxıb və dekabrın 12-nə növbədənkənar seçki təyin edib. Bu barədə məlumatı Kosovonun RTK telekanalı yayıb.

Yaqub Krasniçi parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə qərarı parlamentin gündəliyinə Haşim Taçi hökumətinə etimadsızlıq məsələsinin salınmasından sonra qəbul edib. Hökumətin buraxılmasına 66 deputat səs verib, bir nəfər bunun əleyhinə çızıb, iki deputat isə bitərəf qalıb. Kosovo parlamenti 120 deputatdan ibarətdir. Hökumətə etimadsızlıq barədə qərarın qəbul edilməsi Kosovoda 30-45 gün ərzində növbədənar seçkilərin keçirilməsi nəzərdə tutur.

Yaqub Krasniçi Mərkəzi Seçki Komissiyasına növbədənkənar parlament seçkilərinin təşkili ilə bağlı göstəriş verib. Parlament seçkilərinin 2011-ci il fevralın 13-nə təyin edilməsi ilə bağlı oktyabrın 15-də qəbul edilmiş qərar isə qüvvədən düşmüş hesab edilib.

Qeyd edək ki, parlamentin hökumətə etimadsızlıq göstərməsinə Kosovoda hakim koalisiyanın dağılması səbəb olub Koalisiyaya Fatmir Seydiunun başçılıq etdiyi Kosovo Demokratik Liqası və Brois Taçinin lideri olduğu Kosovo Demokrat Partiyası daxil idi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar