Korrupsiyaya qurşanmış generallar
18 Fevral 2010 Cümə Axşamı 22:35
Rusiyada 15 general istefaya göndərilib
Rusiya prezidenti Dimitri Medvedev Rusiya Federasiyası Daxili İşlər orqanları əməkdaşlarının işdən azad olunması barədə əmr izmalayıb.
Prezidentin əmri ilə Rusiya regionlarında 16 yüksəkçinli milis məmuru tutduqları vəzifələrdən azad olunublar.
Vəzifədən azad olunan şəxslərdən 15 nəfəri isə general rütbəsi daşıyır. Onların arasında RF DİN Operativ Axtarış Bürosunun rəisi general-polkovnik İvan Balbaşov, Tıva Respublikasının daxili işlər naziri general mayor Viktor Lesnyak, Qaraçay-Çərkəz Respublikasının daxili işlər naziri general-mayor Nikolay Osyak, Buryatiya Respublikası daxili işlər naziri general-mayor Viktor Syusyura, Daxili İşlər İdarəsinin Moskva şəhəri üzrə Qərargah rəisi general-mayor Viktor Çerkaşin və başqaları var.
Yüksəkrütbəli şəxslərin hamısının adının korrupsiya məsələlərində hallandığı bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: