Korrupsiyada ittiham olunan siyasətçi siyasətdən getdi
23 Aprel 2010 Cümə 02:55
Çexiya parlamentinin aşağı palatasının spikeri istefa verib.
Çexiya parlamentinin aşağı palatasının spikeri Miloslav Vlçek istefa verib və siyasətdən getdiyini elan edib.
Spikerin bu qərarına korrupsiya qalmaqalı səbəb olub. Çexiya EVİ-nin məlumatına görə, Miloslav Vlçek köməkçisinə iri dövlət dotasiyasının verilməsi üçün vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Qalmaqal Çexiyada mayın sonlarında keçiriləcək parlament seçkiləri ərəfəsinə təsadüf edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: