Korrupsioner nazire ölüm hökmü kesildi
11 İyul 2013 Cümə Axşamı 22:31
Koorupsiyaya qarşı mübarizede köhne eneneler dirçeldilir.
Çində keçmiş dəmir yol naziri Lyu Çcitszyunyuya ölüm hökmü kəsilib. Onu milyonlarla dollar rüşvət və «otkat» almaqda günahlandırırlar. ANS PRESS Çin mətbuatına istinadən bildirir ki, bu ağır qərar Çinin yeni lideri Si Tsinpinin korrupsiyanın kökünü kəsmək barədə vədi çərçivəsində verilib. Bununla da Si Tsinpin Çində min illərlə formalaşmış korrupsiya ənənəsinin kökünü kəsmək niyyətinə düşüb.

Əslində Lyu Çcitszyunyunun törətdiyi korrupsiyanın ölçüləri Çin səviyyəsində elə də kəskin deyil - cəmi 489 milyon dollarlıq tender zərfi verib və buna görə də cəmi 10,5 milyon dollar rüşvət alıb. Halbuki, Çində yüksək çinli məmurların yaxınları arasında 30 milyard dollara yaxın var-dövlət qazananlar var. Üsul isə çox rahatdır - məmurlar peşə məktəblərini və institutları bitirən gəncləri aşağı maaşla bu «biznesmenlərin» müəssisələrində işləməyə məcbur edirlər. Bir şeyi qeyd edək ki, Lyu Çcitszyunyu yaxşı qurtarıb - ona ölüm hökmünü iki illik müddətə veriblər , bunun da ömürlük həbslə əvəzlənəcəyi gözlənir. Amma keçmiş də ölüm hökmü kəsilmiş məmurlarla daha sərt davranırmışlar və onların diri-diri başının dərisini soyurmuşlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar