Körpəsini ayaqyolunda dünyaya gətirən ana onu unitaza ataraq qaçdı .
31 Dekabr 2012 Bazar Ertəsi 11:19
Yenicə doğulan uşaq 9 dəqiqə su ilə dolu unitazda qalıb
İtaliyanın paytaxtı Roma şəhərində maraqlı hadisə yaşanıb. ANS PRESS-in məlumatına görə, Romada yerləşən MC Donald's restoranlarından birinin ayaqyolunda 25-30 yaşlarında qadın, körpəsini dünyaya gətirərək onu unitazın içinə ataraq qaçıb.

Yenicə doğulan körpə 9 dəqiqə su ilə dolu unitazda qalıb. Bundan sonra restoranın işçiləri tərəfindən aşkar edilən oğlan uşağının anasının axtarışlarına başlanılıb. Polis təhlükəsiz kameralarının görüntülərini araşdırarkən müəyyənləşdirib ki, körpənin anasının əcnəbi bir vətəndaşdır. Onun İtaliyada əxlaqsız həyat tərzi keçirdiyi bildirilir.

Emanuel adı verilən körpə isə xəstəxanaya aparılıb. Həkim uşağın vəziyyətinin yaxşı olduğunu bildirib. Körpə infeksiyaya yoluxmaması üçün ciddi həkim nəzarəti altındadır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar