Körpələr evində dəhşətli olay
09 Oktyabr 2013 Çərşənbə 20:07
Çalışdığı "ABC Kidz Childcare" körpələr evində 1 və 2 yaşlı uşağa təcavüz edib.
ABŞ-ın Ohayo ştatındakı Loreyn Kaunti bölgəsindəki uşaq bağçası-körpələr evində yaşanmış olay ölkəni şoka salıb. ANS PRESS-in The Huffington Post-a istinadən məlumatına görə, Eliriya şəhərciyindəki "ABC Kidz Childcare" uşaq bağçası-körpələr evində tərbiyəçi işləyən Hizer Kun həbs olunub.
Polisdən verilən məlumata görə, valideynlərdən biri övladının körpələr evində təcavüzə məruz qaldığını bildirməsindən sonra polis H.Kunu şübhəli şəxs qismində saxlayıb.
Onun noutbukuna baxış keçiriləndə isə polis zabitləri şoka düşüblər. N.Kun çalışdığı "ABC Kidz Childcare" körpələr evində 1 və 2 yaşlı uşağa təcavüz edib. O, təcavüz anlarını smartfonla çəkib, görüntüləri də noutbukunda saxlayıb.
Polisdən verilən məlumata görə, Hizer Kunun qeyri-rəsmi nikahda yaşadığı Ceyms Osborn da təcavüzdə suçlanan şəxsdir və hazırda polis axtarışındadır.
WOIO-un məlumatına görə, Hizer Kunun təcavüz etdiyi uşaqların sayı daha çox ola bilər.
Əxlaqsız tərbiyəçinin təcavüz etdiyi uşaqlardan birinin valideyni Endryu Lenki deyib: "Uşaq ağır stressdədir. O, çox dəyişib. Əl dəyəndə, geyimini dəyişəndə qışqırır, ağlayır. Elə bağırır ki, sanki boğulur".
DOSTLARINLA PAYLAŞ: