Körpə dünyaya gəlmədən anasını xərçəngdən xilas etdi
27 İyul 2010 Çərşənbə Axşamı 03:25
Xəstəxanada körpənin təpikləyərək şişi yerindən qopardığı müəyyənləşib.
İngiltərədə Harri Solter adlı körpə dünyaya gəlmədən anasını həyatını xilas edərək qəhraman oldu. ANS PRESS “Bugün” qəzetinə istinadən xəbər verir ki, 26 yaşlı Anna Kler hamiləliyinin 18-ci həftəsində hiss etdiyi narahatlıq səbəbilə həkimə müraciət edir. Həkimlər onun analığında şiş olduğunu bildirir. Xəstəxanada həmçinin Harrinin təpikləyərək şişi yerindən qopardığı da müəyyənləşib. Həkimlər Annanın müalicəsi üçün körpənin götürülməsini istəsələr də xəstə bununla razılaşmayıb. “Körpəm həyatımı xilas edib, mən də ondan vaz keçməyəcəyəm”.
Həkimlər hamiləliyin 26-cı həftəsində ananın və körpənin həyatı üçün təhlükə olduğunu hesab edərək cərrahi əməliyyatla körpəni və şişi götürüb. Hazırda həkimlər 1 kq 100 qram olaraq dünyaya gələn körpənin vəziyyətinin yaxşı olduğunu, Anna Klerin isə xərçəngdən xilas olduğunu bildirir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: