Korluqdan əziyyət çəkən nazir
06 Dekabr 2009 Bazar 18:15
Gürcüstan XİN başçısı rusiyalı həmkarına salam verməmək üçün özünü kor kimi aparıb
Bəlli olduğu kimi bir neçə gün öncə Brüsseldə Rusiya-NATO Şurasının iclası keçirilib. Rusiya mətbuatının yazdığına görə, NATO mənzil-qərargahında maraqlı anlar yaşanıb. Belə ki, fasilə zamanı dəhlizdə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze təsadüfən rusiyalı həmkarı Sergey Lavrovla qarşılaşıb. Lakin onunla üz-üzə gələndə Vaşadze özünü görməməzliyə vurub.

Bu “görüş”ün detallarını Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin “Twitter”dəki səhifəsində yerləşdirdiyi yazıda açıqlayıb: “Lavrov gürcü həmkarı ilə üz-üzə gəldi. Vaşadze guya onu görməyib və bu üzdən salamlaşmadan keçmək istəyib. Lakin Lavrov onu çağırandan sonra Vaşadze dərhal geriyə dönüb onunla salamlaşmağa başladı. Deməli, gürcü nazir kor idi, lakin qulaqları eşidirdi”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar