Koreyada kütləvi nigah mərasimi keçirilib
25 Mart 2012 Bazar 09:39
Mərasimdə 4 min cütlük iştirak edib
Cənubi Koreyada Unifikasiya kilsəsinin təşkilatı ilə kütləvi nigah mərasimi keçirilib. 4 minə yaxın cütlük nəhəng zalda əyləşərək kilsənin təsisçisi və lider olan keşiş Mun Hyun Cinin xeyir-duası ilə izdivaca daxil olub. Evlənən cütlüklər arasında müxtəlif irqlərdən və millətlərdən olan bəylər və gəlinlər də yer alıb. Nigah mərasimindən sonra cütlüklər toy hədiyyələrini mübadilə edərək, təntənəli şəkildə nigah rəqsini yerinə yetiriblər. Mərasimdə, cütlüklərin qohumları və yaxınları da daxil olmaqla ümumilikdə 25 min nəfərin iştirak etdiyi bildirilir.
DOSTLARINLA PAYLAŞ: