Koreya yarımadasında müharibə başlayır?
22 Aprel 2013 Bazar Ertəsi 16:03
Cənubi Koreya ilə ABŞ yenidən birgə hərbi təlimlərə start veriblər.
Bu gün Koreya yarımadası yaxınlığında Cənubi Koreya və Amerika Birləşmiş Ştatlarının birgə hərbi təlimlərə başlayacağı barədə məlumatlar Şimali və Cənubi Koreya arasında gərginliyin yeni mərhələsinin əsasını qoyub. Jurnalistlər qarşısında çıxış edən Cənub Koreya müdafiə naziri regiondakı gərginliyin Şimali Koreya Şərq sahillərindən ballistik raketlərini yığışdırmayanadək davam edəcəyini bildirib.

Müdafiə nazirinin sözlərinə görə, Cənubi Koreya hökuməti kəşfiyyatın məlumatlarına əsaslanaraq, Şimali Koreyanın zərbə vura biləcəyini ehtimal edir: “Bizim aldığımız və təhlil etdiyimiz məlumatlara görə, Şimali Koreyanın təxribatlarını həyata keçirə biləcəyi 3 tarix var: birincisi, aprelin 25-i, Şimali Koreyanın Silahlı Qüvvələrinin yaranması günü, ikincisi, aprelin sonları, yəni Cənubi Koreya-Birləşmiş Ştatlar birgə təlimlərinin başa çatdığı gün, və iyulun 25-i atəşkəs sazişinin imzalandığı tarix.

Qeyd edək ki, ötən gün Şimali Koreya şərq sahillərində “Skad” tipli ballistik raketlər üçün iki ədəd səyyar buraxılış qurğusu yerləşdirib. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, aprelin əvvəllərində Şimali Koreya Cənubi Koreya ilə sərhəddəki Vonsan əyalətində 2 ədəd “Musudan” tipli ortaməsafəli raket və 7 ədəd raket buraxılış qurğusunu döyüşə hazır vəziyyətə gətirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar