Koreya şərhçisinin nitqi qurudu
23 İyun 2010 Çərşənbə 12:45
KXDR-in tarixində ilk dəfə yayımlanan mundial oyununda yığma biabır oldu.
Koreya Xalq Demokratik Respublikası (KXDR) tarixində ilk dəfə bir dünya çempionatı oyununu birbaşa yayımlayıb. Ancaq KXDR-in bu ilki olduqca uğursuz alınıb. KXDR-in Dövlət Televiziyası ilə yayımlanan KXDR – Portuqaliya matçı asiyalılar üçün acı sonluqla başa çatıb. Sonda 7:0 bitən matçın 4-cü qolunun vurulmasından sonra şərhçi oyunu anlatmaqdan vaz keçib. Azarkeşlər doğma komandalarının qapısına vurulan daha 3 qolu şərhsiz izləyiblər.
Xatırladaq ki, KXDR yığması mundialda ilk oyunu Braziliya komandasına qarşı keçirmişdi. Qarşılaşmada koreyalılar heç də pis təsir bağışlamayaraq, beşqat dünya çempionlarına 1:2 hesabı ilə məğlub olmuşdular. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: