Koreya millisinin baş məşqçisi edam oluna bilər
31 İyul 2010 Şənbə 18:15
Milliyə məsul iki vəzifəli şəxs artıq edam edilib.
Şimali Koreya millisinin üzvləri dünya çempionatında uğursuz çıxışın cəzasını çəkir. Türkiyənin "Hürriyet", "Radio Free Asia", "Daily Express" və dünyanın başqa nüfuzlu KİV-ləri milli komandanın üzvləri, baş məşqçi və komandaya məsul bütün şəxslərə divan tutulduğunu xəbər verir.

Diktatura rejimində olduğu üçün dünya mətbuatı bu ölkənin informasiya təcridi ilə üzləşib. Ancaq özəl mənbələrdən gələn xəbərlər dünyanı şoka salıb.

Belə ki, komanda mundialdan qayıtdıqdan sonra millinin baş məşqçisi Kim Yonq Hun vəzifəsindən çıxarılıb və məcburi inşaat işlərinə cəlb edilib. Cənubi Koreyanın xəbər agentlikləri cəzanın bununla bitməyəcəyini, məşqçinin edam ediləcəyini bildirir. Baş məşqçinin edamı anlaşılmaz bir səbəblə əsaslandırılıb. Guya o, Şimali Koreyanın əfsanəvi lideri Kim Yonq İlin oğlu Kim Yong Una xəyanət edib, onun nüfuzunu alçaldıb.
Millinin futbolçuları isə Xalq Mədəniyyət Sarayının səhnəsinə çıxarılıb və ölkənin idman naziri Pak Myonq-Çol hökumətin 400-dək üzvü, tələbələr və jurnalistlər qaşısında nümayişkaranə şəkildə onları təhqir edib.

"Daily Express" xəbər verir ki, DÇ-dakı uğursuzluğa görə komandaya cavabdeh olan iki məsul şəxs edam edilib. C.Koreyanın "Chosun İlbo" qəzeti isə yazır ki, çempionatda uğursuzluqlara uğramış futbolçular əsir düşərgələrinə göndərilərək işgəncələrə məruz qalıblar.

Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında G qrupunda yer alan Şimali Koreya komandası Fildişi Sahilinə 0:3, Portuqaliyaya 0:7 və Braziliyaya 1:2 hesabı ilə məğlub olub sonuncu yeri tutub. Məhz Portuqaliyaya biabırçı hesabla məğlubiyyət diktatoru özündən çıxarıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar