Kopenhagendə işıqlar söndürülüb
18 Dekabr 2009 Cümə 11:10
Məqsəd iqlim dəyişikliyinin əhəmiyyətini dünyanın diqqətinə çatdırmaq olub
Kopenhagendə iqlim dəyişikliyinin əhəmiyyətini dünyanın diqqətinə çatdırmaq üçün işıqlar bir saat ərzində söndürülüb. Analoji aksiya dünyanın bir sıra şəhərlərində təkrarlanıb. Dünya Vəhşi Təbiətinin Mühafizəsi Fondunun nümayəndəsi Gitte Seberq deyib ki, tədbir simvolik xarakter daşıyır.
Dünyada iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün Kopenhaqendə bir araya gəlmiş 193 ölkənin nümayəndələri isə öz aralarında hələ ki, razılığa gələ bilmir. Əsas narazılıq isə dünyanın iki nəhəngi Çin və ABŞ arasındadır. Alimlərin sözlərinə görə, əgər iqlim dəyişikliyinin qarşısı alınmasa, bəzi bitki və heyvan növlərinin kökü kəsiləcək, sahilboyu ərazilər daşqına məruz qalacaq, quraqlıq və qasırğalar intensivləşəcək.
Kopenhagendə toplantının müsbət məqsəd güdməsinə baxmayaraq bir çoxları bu sammitin keçirilməsinin əleyhinədir. Polis etirazçıların qarşısını almaq üçün istiot səpintisi və dəyənəklərdən istifadə edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: