Kopenhagendə 968 nəfər həbs edilib
13 Dekabr 2009 Bazar 03:40
Nümayiş BMT konfransının keçiriləcəyi binanın qarşısında şam və məşəllərin yandırılması ilə başa çatıb
Kopenhagendə keçirilən etiraz aksiyasında həbs edilənlərin sayı kəskin artıb. BMT-nin iqlim dəyişikliyi ilə bağlı sammitinə həsr olunmuş etiraz aksiyalarının iştirakçıları iqlim məsələlərinə dair qlobal razılaşmanın əldə olunmasını tələb ediblər. Polis nümayəndələrinin sözlərinə görə, qabaqlayıcı tədbirlər çərçivəsində 968 nəfər həbs edilib. Aksiya iştirakçılarından maska geyinən bəzilərinin daş atdığı da bildirilir.

Polisin hesablamalarına görə, aksiyada 40 min nəfər iştirak edib. Təşkilatçılar isə bu rəqəmin 100 min olduğunu iddia edirlər. Nümayiş dekabrın 17-18-də BMT konfransının keçiriləcəyi binanın qarşısında şam və məşəllərin yandırılması ilə başa çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar