Konstitusiya Məhkəməsinə hücum olub
11 Dekabr 2009 Cümə 16:45
Konstitusiya Məhkəməsinə hücum olub. Hadisə Sankt-Peterburqda baş verib.
Rusiyanın Sankt-Peterburq şəhərində milli bolşeviklərin nümayəndələri Konstitusiya Məhkəməsinə qurumun fəaliyyətindən narazılıqları ilə bağlı müraciət təqdim etməyə cəhd göstəriblər.
Hazırda binanın girişinə milis işçiləri toplaşıb. Onlar fəalları qapıdan uzaqlaşdırmağa çalışırlar. Milli bolşeviklərin nümayəndəsi İqor Boykov artıq milis tərəfindən saxlanılıb.
Konstitusiya Məhkəməsinin üzvləri isə binada olmayıblar. Çünki, bu gün onlar Konstitusiya günü münasibəti ilə Rusiya prezidenti Dmitri Medvedevin qəbuluna yollanıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: