Konsitutsiya Məhkəməsinin sədrinə yumurta atıldı
26 Noyabr 2010 Cümə 15:40
Haşim Kılıc islahatlardan danışarkən yumurta atəşinə məruz qalıb
Türkiyənin Konsitutsiya Məhkəməsinin sədrinə yumurta atılıb. Hadisə Haşim Kılıcın Anadolu Universitetində çıxışı zamanı baş verib.

Məhkəmə sərdi çıxış edən zaman zaldan 3 tələbə qalxaraq "siz burada məhkəmə islahatından bəhs edirsiniz. Universitet tələbələri isə tutulub həbsxanaya göndərilirlər", deyərəka ciblərindəki yumurtaları ona tullayıblar. Yumurtalar H.Kılıca dəyməsə də biri qız, ikisi oğlan olan tələbələr polis tərəfindən saxlanılıblar.

Konsitutsiya Məhkəməsi sədrinin mühafizəçiləri çətir açaraq onu qorumağa çalışıblar. Atılan yumurtalar isə onun çıxış etdiyi kürsünün qarşısına düşüb.

Tələbələr zaldan çıxarılandan sonra Haşim Kılıc nitqini qaldığı yerdən davam etdirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar