Konqresdə Türkiyənin dostları artmaqdadır
06 Yanvar 2011 Cümə Axşamı 23:50
Bu, Ankaranın ABŞ Konqresində ötən illərdə yaşadığı problemlərlə yaxın illərdə qarşılaşmayacağını deməyə əsas verir
Tarixdə ilk dəfə olaraq demokratların nəzarət etdiyi hökumət zamanı seçilmiş konqresmenlərin 120-dən çoxu "Türkiyə dostları” klubunun üzvləridir. Bu isə Türkiyənin Birləşmiş Ştatlar Konqresində ötən illərdə yaşadığı problemlərlə yaxın illərdə qarşılaşmayacağını deməyə əsas verir. "Amerikanın səsi" televiziyasının əməkdaşı Dilşad Əliyarlı ANS-ə bildirib ki, yeni tərkibdə işə başlayan Konqresin liderləri prezident Barak Obamanın dəstəklədiyi və demokratların nəzarət etdiyi Konqresdə təsdiq edilmiş bir sıra qanunvercilik aktlarını dəyişdirmək əzmində olduqlarını deyiblər. Onun sözlərinə görə, Konqresin Nümayəndələr Palatası keçən il Rusiya ilə silahların ixtisarına dair dair müqaviləni təsdiq edərək prezident Obamaya böyük qələbə gətirib.
“Digər mühüm məsələlərdən biri də ermənilərin iddia etdikləri qondarma soyqırım qətnaməsi layihəsinin gündəliyə daxil olması ilə bağlı məsələ idi. Konqres layihəni səsə qoymadan qətnamənin müzakirəsini yanvara qədər uzatdı. 252-ci saylı qətnamədən isə “rəsmən” sözü çıxarılmış oldu. Qətnamənin yenidən səsverməyə çıxarılması üçün o yenidən hazırlanmalı və Konqresin Xarici Əlaqələr Komitəsinə təqdim edilməlidir. Yeni Konqresdə liderlərin dəyişməsi qətnamənin gələcəyinə öz təsirini qoya bilər. Ekspertlər bildirib ki, bu cür qətnamələr simvolik xarakter daşıyır və onların icrası məcburi deyil”, - deyə o vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: