Konqres Obamanın Suriyaya hücum qərarını dəstəklədi
03 Sentyabr 2013 Çərşənbə Axşamı 22:31
Respublikaçı Con Beyner və demokrat Nensi Pelosi Suriyada əməliyyatın başlanması barədə danışıb.
ABŞ Konqresindən Obamaya dəstək gəlib. ANS PRESS-in verdiyi xəbərə görə, respublikaçı Con Beyner və demokrat Nensi Pelosi Suriyada əməliyyatın başlanması barədə danışıb.

Obama avqustun 31-də konqresə bəyənmək üçün göndərdiyi hərbi əməliyyatın başlanması haqqında təklifin müzakirəsinə sentyabrın 9-da başlanacaq.

Konqresin Nümayəndələr palatasının spikeri respublikaçı Con Beyner bu gün Obamanın Suriyaya zərbə vurmaq barədə təklifini dəstəklədiyini bəyan edib. O hesab edir ki, onun həmkarları da eyni şeyi etməlidir.

Beyner bu gün prezident Barak Obama ilə görüşüb. Görüşdən sonra jurnalistlərə müesahibəsində o, “Mən prezidentin hərəkətə keçmək barədə çağırışını dəstəkləyirəm” deyə bildirib.

Konqresin azlıqlar fraksiyasının lideri demokrat Nensi Pelosi də öz növbəsində Suriyaya hücum məsələsində Obamanı dəstəkləyib.

“Suriyada kimyəvi silahdan istifadəyə laqeyd qalmaq olmaz”-deyə Nensi jurnalistlərə bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar